Onlar niyə “Qarabağ”ın düşərgəsində yoxdurlar?

Onlar niyə “Qarabağ”ın düşərgəsində yoxdurlar?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 11-dən yeni mövsümün hazırlıqlarına başlayan “Qarabağ” təlim-məşq toplanışının ikinci mərhələsi üçün 2 gün öncə Avstriyaya yolda düşüb. “Köhlən atlar” ötən gündən etibarən sözügedən ölkədə məşqlərə başlayıb.

Diqqətçəkən məqam 2 futbolçunun düşərgədə olmamasıdır. Söhbət monteneqrolu futbolçular Marko Yankoviç və Marko Veşoviçdən gedir. Hər iki futbolçu haqqında transfer şayiələrinin yayıldığı bir vaxtda onların komandadan ayrı düşməsi müəmmalı görünə bilər.

“Qarabağ” azarkeşləri üçün narahat olacaq ciddi səbəb yoxdur. Hər iki futbolçu baş məşqçi Qurban Qurbanovdan icazə alıb. Onlar Monteneqro millisinin düşərgəsindən gec ayrıldıqlarından komandanın məşqlərinə bir neçə gündən sonra qoşulacaqlar.

Hər iki futbolçu Monteneqro millisinin Macarıstanla AÇ-2024-ün seçmə mərhələ və Çexiya ilə yoldaşlıq oyununa dəvət almışdılar. Markolar macarlarla qolsuz heç-heçə ilə bitən oyunda meydanda olub. Çexiya ilə görüşdə (1:4) Yankoviç bir hissə çıxış edib. Veşoviçin adı matçın iştirak ərizəsində olmayıb.

Qeyd edək ki, hər iki futbolçunun “Qarabağ”la müqaviləsinin müddət 2025-ci il iyunun 30-dəkdir.