“OBA” MARKET İŞÇİSİ AZYAŞLINI OĞURLUQDA İTTİHAM EDƏRƏK VURUB… – FOTO

“OBA” MARKET İŞÇİSİ AZYAŞLINI OĞURLUQDA İTTİHAM EDƏRƏK VURUB… – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masazırda yerləşən “OBA” marketlər şəbəkəsində aldığı məhsulu pulu ödədikdən sonra cibinə qoyaraq aparan azyaşlını market işçilərindən biri vurub.

Tribuna.az-ın məlumatına görə, bu barədə şikayətçi Fuad Məmmədzadə adlı vətəndaş özü sosial şəbəkədə yazıb. O bildirib ki, market işçisi uşağı qınayaraq vurub:

“Bacımın oğlun “OBA” marketdən uşağlar üçün olan suxarı alıb və ödənişi kasada edib və klyok götürməyərək aldığını gödəkcəsinin cibinə qoyub. Marketdən çıxmaq istəyəndə bir qadın işçi uşağın oğurluq etdiyini düşünərək onu qınayaraq vurub.
Uşaq evə gəlib nə qədər ağlayıb. Utanır deyə marketə getmir. 15 yaşlı uşağ üçün bu böyük bir travmadır. Sonradan kameraya baxıb və kassir deyib ki, ödəniş olunub”.

Tribuna.az