Mesrop Maştots adına Xankəndi Universitetinin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Ovik Avanesovun “Qərbi Ermənistanda erməni soyqırımı” adlı kitabı ABŞ-ın Nyu-York şəhərində nəşr olunub.
Tribuna.az erməni KİVlərinə istinadən xəbər verir ki, qondarma soyqırımının 108-ci ildönümü ərəfəsində ABŞ-da nəşr olunan 20 səhifəlik əsərdə “Erməni Soyqırımı”nın dövlət səviyyəsində təşkilatlanmasını, Türkiyənin soyqırım və soyqırımını sənədləşdirən fotoşəkillər və sənədlərin şərhləri yer alıb.
“Cəzasızlığın nəticələri də təqdim olunur: Sumqayıt, Bakı, Marağa və s. soyqırım aktları, həmçinin əsərdə Azərbaycanın Dağlıq Qarabağı mühasirəyə almasından da bəhs edilir”, H. Avanesov.
Onun məlumatına görə, əsərin ikinci fəslində Qərbi Ermənistanda və Türkiyənin işğal etdiyi bir sıra digər yaşayış məntəqələrindəki soyqırımlar yer alıb.
H. Avanesovun sözlərinə görə, əsərdəki faktlar illərlə aparılan araşdırmaların nəticəsidir və bəzi faktlar Rusiyada və bir sıra Avropa ölkələrində ayrı-ayrı məqalələrdə dərc olunub.









