2024-dən başlayaraq Qarabağın dağlıq hissəsi və Zəngəzurla bağlı çağırışların həll edilməli olacağı sirr deyil. Bir sıra regional faktorlarla Qarabağla bağlı vacib dialoqun başlayacağı istisna deyil. Üçtərəfli Bəyanata görə 2025-ci ildə sülhməramlılar məsələsinə aydınlıq gətiriləcək.
Tribuna.az-ın məlumatına görə, politoloq Zaur Məmmədov yuxarıda qeyd edilənləri nəzərə alaraq, vacib 2024 və 2025- ci illərə hazır olmaq lazım olduğunu bildirib.
Onun fikrincə, cari ildə Azərbaycanda növbədənkənar seçkilərin keçirilməlidir:
“Yaxşı olardı ki, seçkilər keçirilsin. Xalqımız növbəti dəfə Cənab Prezidentin apardığı siyasi kursa səs verərək növbəti qələbələrimizin əsasını qoyacaq”.
Tribuna.az









