“Nəvən olanda cavanlaşırsan”

“Nəvən olanda cavanlaşırsan”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Simarə İmranova nəvəsindən danışıb. 

Tribuna.az xəbər verir ki, sənətçi bu barədə “Qonaqcanlı” verilişində sualları cavablandırıb. O, nənə olmağın həyatına tamamilə fərqli sevinc qatdığını deyib.

“Mən də nəvəmlə birlikdə böyüyürəm. Kimin nəvəsi yoxdur, arzulayıram ki, bu hissi yaşasın. Nəvənin şirinliyi tamam başqadır. O, artıq 6-cı aya keçdi, mən də… Sonra yeddinci… İndi nəvə-nənə birlikdə 8-ci aya keçməyə hazırlaşırıq.

Bilmirəm bu necə sevgidir. Elə bil insan cavanlaşır, uşaqlaşır. Onun üçün hər şey olursan. Nə istəyirsə, etməyə çalışırsan”.