NBA-da çempion bəlli olub

NBA-da çempion bəlli olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Basketbol Assosiasiyasında (NBA) çempion müəyyənləşib.

Tribuna.az-ın məlumatına görə, final mərhələsinin beşinci oyununda “Mayami”ni 94:89 hesabı ilə üstələyən “Denver” titula sahib çıxıb.

Beləliklə, komanda ümumi hesabı 4:1 edib və tarixində ilk dəfə NBA çempionu olub.

“Denver”in serbiyalı basketbolçusu Nikola Yokic final seriyasının ən yaxşı oyunçusu (MVP) adına layiq görülüb.