NATO İsveç və Finlandiyanın tezliklə alyansa qəbul edilməsinin tərəfdarıdır, lakin qərar Ankarada qalır. Bunu NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransı zamanı deyib.
Tribuna.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, o, həmçinin vurğulayıb ki, İsveç və Finlandiyanın ərizələrinin eyni vaxtda ratifikasiyası vacibdir, əsas odur ki, bu ölkələr Şimali Atlantika Alyansına qoşulsun.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu birgə mətbuat konfransı zamanı bildirib ki, Türkiyə İsveç və Finlandiyanın Madrid Memorandumu çərçivəsində öhdəliklərini yerinə yetirməsini gözləyir.
Bundan əvvəl Finlandiyanın müdafiə naziri Mikko Savola bildirmişdi ki, İsveç və Finlandiyanın alyansa növbə ilə yox, birlikdə qoşulması bütün NATO ölkələri üçün daha yaxşı olar.
Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün ötən ilin fevralında müraciət etmişdilər və onların üzvlük ərizələri Macarıstan və Türkiyə istisna olmaqla, alyansın bütün üzvləri tərəfindən ratifikasiya edilmişdir.









