NATO baş katibi Yens Stoltenberq Bosniya və Herseqovinadakı siyasi liderləri bölücü ritorikadan çəkinməyə çağırıb. Tribuna.az xəbər verir ki, NATO-nun Brüsseldəki mənzil-qərargahında Bosniya və Herseqovina Rəyasət Heyətinin bosniyalı üzvü Denis Beciroviç ilə görüşən Y.Stoltenberq Balkan regionunda sabitliyin vacibliyini vurğulayıb, bunun NATO üçün strateji əhəmiyyət daşıdığını qeyd edib.
NATO-nun Baş katibi bəyan edib ki, Bosniya və Herseqovina administrasiyası islahatlara diqqətini davam etdirməli və bütün səviyyələrdə çoxmillətli qurumlar qorunmalıdır.
Y.Stoltenberq NATO-nun Bosniya və Herseqovinanın ərazi bütövlüyü və suverenliyini tam dəstəklədiyini vurğulayıb. O, həmçinin Bosniya və Herseqovinanın NATO-ya üzv olmaq istəyini dəstəklədiklərini bildirib.
Tribuna.az









