NAİRA ZOHRABYAN: “LAÇIN DƏHLİZİNİN DİPLOMATİK YOLLA AÇILMASI İMKANLARI TÜKƏNİB, TƏK VASİTƏ HƏRBİ YOLDUR”

NAİRA ZOHRABYAN: “LAÇIN DƏHLİZİNİN DİPLOMATİK YOLLA AÇILMASI İMKANLARI TÜKƏNİB, TƏK VASİTƏ HƏRBİ YOLDUR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Laçın dəhlizinin bağlanması probleminin diplomatik yolla həlli imkanları artıq tükənib. Dəhlizdə hərəkət yalnız güc yolu ilə bərpa oluna bilər”. Tribuna.az xəbər verir ki, bu sözlərin müəllifi Ermənistanın keçmiş deputatı Naira Zöhrabyana məxsusdur.
Onun sözlərinə görə, Azərbaycan faktiki olaraq “Halqa” əməliyyatını həyata keçirir. “Qarabağ əhalisi üçün getdikcə daha dözülməz şərait yaradır. Təkcə yolu deyil, qazı, işığı, hətta interneti də bağlayırlar. Bununla belə, Ermənistan hakimiyyəti arxada oturub barmaqlarını Rusiyaya tuşlayıb Ermənistan vətəndaşlarını müharibə ilə qorxudaraq manipulyasiya etməyə üstünlük verir”.
Zöhrabyan qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə və Azərbaycanı “təxribat etməkdən” ehtiyat edərək Ermənistan ərazisində KTMT təlimlərini ləğv edib. “Lakin düz Ermənistan sərhədlərində Türkiyə 8 ölkənin, o cümlədən Azərbaycanın iştirakı ilə hərbi təlimlər təşkil edir. Ötən gün Azərbaycanın müdafiə naziri müşavirə keçirib və o, Silahlı Qüvvələrin tam döyüş hazırlığı vəziyyətinə gətirilməsi barədə göstəriş verib. Bunu erməni tərəfinin mümkün təxribatları ilə izah edib. Bundan başqa, Türkiyənin müdafiə naziri də açıqlama verərək, türk qoşunlarının Azərbaycanda olduğunu və Azərbaycan Sünikdən dəhliz almayana qədər oranı tərk etməyəcəyini bildirib”.
Sabiq deputat bütün bunları yeni qanlı müharibənin xəbərçisi hesab edir. Onun proqnozlarına görə, bu müharibə zamanı Nikol Paşinyan dəhlizin açılmasına razılıq verəcək. “Ardından Qarabağı təslim edəcək. Öz elektoratının qulağından əriştə asacaq və təslim olmağı Ermənistanı xilas etmək niyyəti ilə izah edəcək”.
Zöhrabyan iddia edib ki, yeni müharibənin tezliklə reallığa çevrilə biləcəyinə əmindir

Tribuna.az