MİRZOYANI DÖYDÜLƏR – İSTİNTAQ BAŞA ÇATDI

MİRZOYANI DÖYDÜLƏR – İSTİNTAQ BAŞA ÇATDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ara Badoyan günahını etiraf etmir”.

Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti cinayət zamanı parlamentin spikeri, hazırda isə ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri olan Ararat Mirzoyanın döyülməsi işi üzrə həbs edilənlərdən birinə qarşı cinayət işinin başa çatdığını elan edib.

2020-ci il noyabrın 10-na keçən gecə Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatın imzalanması elan edildikdən sonra İrəvanda Milli Assambleya, hökumət binaları, eləcə də hökumət daçaları qarşısında kütləvi iğtişaşlar başlamışdı.

İğtişaşçılar NA-nın binasına soxularaq Dəmirçyan və Proşyan küçələrinin kəsişməsində Mirzoyanın avtomobilini görərək onu maşından çıxararaq döyməyə başlayıblar.Nəticədə o, çoxsaylı sınıqlar və digər bədən xəsarətləri ilə huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

İstintaq materiallarına görə, Badoyan spiker Ararat Mirzoyana qarşı zorakılıq tətbiq edən iğtişaşçılara qoşularaq onların sıralarını yarıb, artıq yerdə uzanmış Ararat Mirzoyana yaxınlaşaraq onu təpiklə vurub.
Badoyan özü özünü təqsirli bilmir. Əvvəllər o, Mirozyanı vurmaq istədiyini, lakin buna nail olduğunu düşünmədiyini bildirmişdi. Onun sözlərinə görə, Mirzoyana yaxınlaşanda o, artıq yerdə olub.