MİRZOYAN LAVROVUN MÜAVİNİ İLƏ GÖRÜŞDÜ: İRƏVAN KREMLİ BAKIYA QARŞI SƏRT ADDIMLAR ATMAĞA ÇAĞIRIR

MİRZOYAN LAVROVUN MÜAVİNİ İLƏ GÖRÜŞDÜ: İRƏVAN KREMLİ BAKIYA QARŞI SƏRT ADDIMLAR ATMAĞA ÇAĞIRIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb. Tribuna.az yazır ki, görüşdə rəsmi Bakının “təxribat xarakterli bəyanatları və aqressiv hərəkətləri” nəticəsində regionda yaranmış “təhlükəli vəziyyəti”, o cümlədən Laçında nəzarət-buraxılış məntəqəsinin quraşdırılması istiqamətində atılan addımlar müzakirə olunub. Mirzoyan Laçın dəhlizinin əvvəlki rejiminin bərpası istiqamətində Ermənistanın müttəfiqləri və tərəfdaşları tərəfindən müvafiq addımların atılmasının zəruriliyini bildirib.