Türkiyədə baş verən zəlzələlərdə həyatını itirənlərin yarımçıq qalmış hekayələri məzarlarında əks olunub.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələdə dünyasını dəyişənlərə məxsus əşyaların qəbir üstlərinə qoyulması təsirli görüntü yaradıb.
Belə ki, dağıntılar altından çıxarılan 6-7 eyni soyadlı şəxsin yan-yana yatdığı məzarlar, qızların məzar daşlarına bağlanan ağ örtüklər, məktəbləri yarımçıq qalan şagirdlərin məzarları üzərindəki qələmlər ürək ağrıdıb.
Qalan hekayələri təqdim etdiyimiz fotolar “danışacaq”:















