Metronun “Xalqlar Dostluğu” stansiyasında ölüm hadisəsi baş verib. Sərnişin stansiyada dünyasını dəyişib.
Tribuna.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QS-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat paylaşıb. O bildirib ki, “Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarın maşinistinə bir kişi sərnişinin özünü pis hiss etməsi barədə məlumat verilib:
“Dispetçerə daxil olmuş məlumat əsasında, sərnişin “Xalqlar dostluğu” stansiyasında düşürülüb, təcili tibbi yardım çağırılıb. Amma onun qatardan düşürülənə qədər dünyasını dəyişdiyi məlum olub”.









