Mətanət İsgəndərlinin gəlinləri  polisə düşdü

Mətanət İsgəndərlinin gəlinləri polisə düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini, sənətçinin indiki gəlinini 102-yə şikayət edib.

Tribuna.az xəbər verir ki, Xitab24.az-ın əldə etdiyi məlumata görə, Mətanət İsgəndərlinin gəlini Aysel Məmmədova ilə bağlı araşdırma aparılacaq.

Belə ki, M.İsgəndərlinin oğlu Kərim Həmidovun həyat yoldaşından şikayət edən şəxs onun keçmiş gəlini, müğənni fəaliyəti ilə məşğul olan Cananadır.

 

Məlum olub ki, Canana “TikTok”da canlı yayım zamanı təhqir edilməsi ilə bağlı DİN-in “102” zəng xidmətinə şikayət edib. O, şikayətində onu təhqir edəni tanıdığını, həmin şəxsin keçmiş ərinin indiki həyat yoldaşı olduğunu bildirib. Canana Aysel Məmmədovanı onu həm gizli adlarla, həm də öz adına olan sosial şəbəkə hesabı vastiləsilə təhqir etməkdə ittiham edib.

 

Aysel Məmmədova isə Yasamal rayon prokurorluğunda verdiyi izahatında “TikTok”da onu fərqli profillərlə təhqir etmədiyini, həmin hesabları birinci dəfə gördüyünü, ümumiyyətlə sözügedən sosial şəbəkədən istifadə etmədiyini bildirib.

 

Məhkəmənin qərarına əsasən, tərəflərin mübahisəsi Yasamal Rayon Prokurorluğunda yenidən araşdırılacaq.

Gülşən Rəsul