Messi KİV-i məhkəməyə verəcək

Messi KİV-i məhkəməyə verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi atasının dəfn mərasimi zamanı ailəsinin şəxsi həyatının pozulduğunu düşünərək bəzi Argentina media qurumlarına qarşı hüquqi tədbirlər görməyə hazırlaşır.

Tribuna.az xəbər verir ki, bu barədə argentinalı jurnalist Fran Kasaretto “X” hesabında məlumat yayıb.

Jurnalistin sözlərinə görə, Lionel Messi Xorxe Messinin vida mərasimi zamanı ailəsinin şəxsi həyatına müdaxilə etdiyini düşündüyü media orqanlarına qarşı hüquqi addımlar atacağını təsdiqləyib.

Qeyd edək ki, Xorxe Messi ilə vida mərasimi avqustun 9-da keçirilib. Mərasim yüksək təhlükəsizlik tədbirləri altında baş tutub və ərazidə çoxsaylı mühafizəçilər xidmət göstərib.

Məlumata görə, mərasimdə yalnız ailə üzvləri iştirak edib. Lionel Messinin media nümayəndələrinin çəkilişləri və mərasim zamanı ailəsinin şəxsi məkanına müdaxilə ilə bağlı narazı olduğu bildirilir.