Fransa millisinin ulduz futbolçusu Kylian Mbappe ilə ispaniyalı aktrisa Ester Exposito ABŞ-ın Mayami şəhərində birlikdə görüntüləniblər.
Tribuna.az xəbər verir ki, 2026-cı il dünya çempionatından sonra istirahət üçün Mayamiyə yollanan cütlük şəhərin məşhur gecə məkanlarından birinə gedərkən paparatsilərin obyektivinə tuş gəlib. Onların rahat və səmimi davranışları diqqətdən yayınmayıb.
Qeyd edək ki, Ester Expósito Netflix-in məşhur “Elite” serialındakı rolu ilə dünya şöhrəti qazanıb. Mbappe isə 2026-cı il dünya çempionatını bombardir kimi başa vuraraq turnirin ən çox diqqət çəkən futbolçularından biri olub.
Gülşən Rəsul










