Mayın yarısı tətil olacaq – Bu ölkədə

Mayın yarısı tətil olacaq – Bu ölkədə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə milli və dini bayramlarla əlaqədar olaraq ildə ən az 15,5 gün rəsmi tətil etməklə dünyada ən çox istirahət edən ölkələr arasında yer alır.

 Tribuna.az xəbər verir ki, Türkiyədə bu il 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı cümə axşamı gününə təsadüf edir. Cümə günü üçün icazə ala bilən şəxslər bu günü həftəsonu ilə birləşdirərək 4 günlük tətil imkanı əldə edə biləcəklər.

May ayının isə böyük hissəsi tətil günləri ilə yadda qala bilər. Belə ki, 1 May – Əmək və Həmrəylik Günü cümə gününə düşdüyündən, şənbə və bazarla birləşərək ayın ilk günlərində 3 günlük istirahət imkanı yaradır.

Eyni ayda qeyd olunan 19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramı isə çərşənbə axşamına təsadüf etdiyindən yalnız birgünlük tətil olacaq.

May ayının sonu isə daha uzun tətil imkanı ilə yekunlaşa bilər. Qurban Bayramı 26 may çərşənbə axşamı yarım iş günü, 27 may çərşənbə, 28 may cümə axşamı, 29 may cümə və 30 may şənbə günlərini əhatə edir. Əgər bayramdan əvvəlki həftəsonu və bazar ertəsi günü də tətil elan edilərsə, ümumilikdə 9 günlük uzun istirahət imkanı yarana bilər.