Rusiya Aleksandr Lukaşenkonu razı sala bilsə, şimalda, xüsusən də Belarus qoşunlarından istifadə edərək, təxribatçı hücum planlaşdıra bilər.
Tribuna.az axar.az-a istinadən bildirir ki, bunu Rusiya-Ukrayna müharibəsinin veteranı, “Aydar” batalyonunun sabiq tağım komandiri Yevgeni Dikiy bildirib.
“Mən təxribatçı hücum konsepsiyasını mütləq vurğulayıram. Rusların hazırda şimaldan Kiyevə yürüş etmək və ya Kiyevi Qərbi Ukraynadan ayırmağa cəhd etmək üçün fiziki qüvvələri yoxdur. Onlar bu fürsəti 2022-ci ildə əldən verdilər. Sadəcə olaraq, bunu etmək üçün qüvvələri yoxdur. Lakin onlar orada nəyisə təqlid etməyə, hazırda tamamilə sakitçilik olan Belarus sərhədini Çerniqov və ya Sum bölgələrinin indiki vəziyyətinə bənzər bir şeyə çevirməyə cəhd edə bilərlər. Bunun üçün kifayət qədər qüvvələri var”, – Dikiy deyib.
Qeyd edək ki, bir müddət öncə Belarus ehtiyatda olan zabitlər üçün çağırış elan edib. Bundan əvvəl isə Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın yenidən Belarusu Ukraynaya qarşı müharibəyə cəlb etməyə çalışdığı barədə açıqlama verib.









