CHP lideri Kılıçdaroğlu prezidentliyə namizəd olduqdan sonra partiyasının qrup toplantısına sədrlik edib. Kılıçdaroğlu partiyasının kürsüsü ilə vidalaşdığını açıqlayıb.
Tribuna.az GazeteDuvar-a istinadən xəbər verir ki, iclasda partiyanın əvvəlki dövr başqanları Altan Öymen, Hikmət Çətin və Murat Karayalçın da iştirak edib.
“Bu kreslo ilə vidalaşmaq asan deyil” deyən Kılıçdaroğlu “Bu kürsü illərdir məzlumların acı fəryadının eşidildiyi kürsüdür” deyib.Görüntüləri təqdim edirik:









