KFC restoranlar şəbəkəsinin “Crescent Mall”dakı filialında müştəriyə köhnə və bayat kartof verilib.
Tribuna.az xəbər verir ki, jurnalist Arifə Əliyeva KFC restoranlar şəbəkəsinin “Crescent Mall”dakı filialında müştəriyə köhnə və bayat kartof verilməsindən şikayətlənib.
O, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
“Deyirəm, bu kartof köhnədir, zəhmət olmasa, yenisini verin. Nə isə, dəyişdilər. Amma gətirdikləri yenə eyni. Bayat kartofu isidib yenidən verdilər.
Məni əsəbiləşdirən isə kartofdan çox xanımın mənə rus dilində “kartof belə olur” deməsi idi”, – deyə Arifə Əliyeva bildirib.
Jurnalist paylaşımında şikayəti ilə bağlı KFC Azerbaijan-ın sosial şəbəkə səhifəsini də məlumatlandırmaq üçün işarələyib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Gülşən Rəsul











