KETRİN KOLONNA BU TARİXDƏ AZƏRBAYCANA, GÜRCÜSTANA VƏ ERMƏNİSTANA SƏFƏR EDƏCƏK

KETRİN KOLONNA BU TARİXDƏ AZƏRBAYCANA, GÜRCÜSTANA VƏ ERMƏNİSTANA SƏFƏR EDƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın xarici işlər naziri Ketrin Kolonna Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcək. Səfər aprelin 26-29-da baş tutacaq, o, sonuncu dəfə 2022-ci il noyabrın 11-də Ermənistana səfər edib.

Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, regional səfərin gündəliyi verilmir.

Xatırladaq ki, nazir sonuncu dəfə Ermənistana 2022-ci il noyabrın 11-də səfər edib. O, erməni həmkarı Ararat Mirzoyanla görüşündə regional məsələləri, o cümlədən ötən ilin sentyabrında Azərbaycan və Ermənistan arasındakı münaqişələri müzakirə edib.