“KATV-1” VƏTƏNDAŞA BAŞQASININ BORCUNU ÖDƏTMƏK İSTƏYİR… – ŞİKAYƏT – FOTO

“KATV-1” VƏTƏNDAŞA BAŞQASININ BORCUNU ÖDƏTMƏK İSTƏYİR… – ŞİKAYƏT – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“KATV1” mənzilin köhnə sahibinin TV-yə olan 21,60 AZN borcuna görə mənə internet çəkmir. Deyir, siz onun borcunu ödəyin, biz sizə internet çəkək.

Tribuna.az xəbər verir ki, bu barədə vətəndaş Elşən Hüseynsoy məlumat paylaşıb. Şikayətçi bildirib ki, məhz bu səbəbdən onun yaşadığı mənzilə internet çəkmirlər:

“Deyirəm, mən başqasının borcun niyə ödəyim ki? Cavabları ancaq budur ki, siz borcu ödəyin, sonra sizə internet çəkək. Yaxşı, bəs mən ödəməsəm kim ödəyəcək? Mən gedib başqa provayderə qoşulacam və siz bir müştəri itirmiş olacaqsız. Heç olmasa məntiqiniz olsun”.

Tribuna.az