“KAPİTAL BANK” MÜŞTƏRİNİ BELƏ NARAZI SALIR… PULUNU GERİ QAYTARMADI – ŞİKAYƏT

“KAPİTAL BANK” MÜŞTƏRİNİ BELƏ NARAZI SALIR… PULUNU GERİ QAYTARMADI – ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kapital Bank” müştərinin səhvən başqa karta vurduğu vəsaiti geri qaytarmaqdan imtina edib.

Tribuna.az xəbər verir ki, sözügedən bankın müştərisi üzləşdiyi problemi sosial şəbəkədə ictimailəşdirib. Müştəri bildirib ki, məbləğ 20 manatdan az olduğu üçün bank o pulu geri qaytarmaqdan boyun qaçırıb:

“Şikayətim “Kapital Bank” ilə bağlıdır. Tələsirdim, bonusumdan öz kartıma pul ötürəcəkdim. Əvəzində tanımadığım şəxsin “Kapital kart”ına köçürdüm pulu. Son anda anladım, amma gec idi. Bankın operatoru deyir ki, 20 AZN-dən az olan məbləğlər qaytarılmır. Anlamıram, güvəndiyimiz, pullarımızı əmanət etdiyimiz, daim prosedur apardığımız bank nə üçün bu qədər laqeydlik edir? 20 manatdan az məbləğ müştərinizin pulu sayılmırmı?”.