İsveç Müdafiə Nazirliyi təhlükəsizlik baxımından işçilərin iş telefonlarında TikTok tətbiqindən istifadə etmələrinin qadağan edildiyini açıqlayıb.
Tribuna.az CNN-ə istinadən xəbər verir ki, Dünyaca məşhur sosial media platforması TikTok Çin hökumətinə yaxınlığı və bütün dünyada istifadəçi məlumatlarının saxlanması ilə bağlı narahatlıqlara görə İsveçdə proqramdan istifadə etmək qadağan edilib.
İsveç Müdafiə Nazirliyinin verdiyi açıqlamada, qadağa qərarının “tətbiqin istifadəçi məlumatlarını və sahibi olan ByteDance şirkəti haqqında ortaya çıxan hesabatları necə emal etdiyinə” əsaslanaraq təhlükəsizlik narahatlıqları səbəbiylə alındığı bildirilib.
İsveç Silahlı Qüvvələrinin mətbuat katibi Quna Qraufeldt, “Cib telefonları və planşetlərdən istifadə özlüyündə təhlükəsizlik riski yarada bilər, ona görə də biz TikTok-un iş avadanlıqlarımızda olmasını istəmirik” deyib.
Tribuna.az









