İstanbulda avtomobil yolunda qəza törətmiş taksi sürücüsü aləmi bir-birinə qatıb.
Tribuna.az Türkiyə mediasına istinadən xəbər verir ki, Beyoğlu Gümüşsuyuda taksi sürücüsü toqquşduğu avtomobilin sürücüsü ilə əlbəyaxa davaya çıxıb.
Bununla hirsi soyumayan taksi sürücüsü davanı dağıtmağa gələn vətəndaşı söyüb, üstəlik ona bıçaqla bir neçə zərbə də endirərək vətəndaşı xəstəxanalıq edib. Hadisə yerinə polislər gəlib.
Polislərin onu yoxlayacağını görən sərxoş taksi sürücüsü avtomobilindən sü götürmək üçün icazə istəyib və bu zaman avtomobilinə əyləşərək aradan çıxıb.
Buna baxmayaraq, polislər sərxoş sürücünü təqdib etməyə başlayıblar. O, Kabataşda kəsişmədə polislər tərəfindən saxlanılıb. Filmləri xatırladan hadisə taksi sürücüsünün həbs edilməsi ilə bitib.
Tribuna.az









