İsrailin Təl-Əviv şəhərində Belçika vətəndaşı olan cütlük bileti olmadığı üçün təyyarəyə minə bilməyən körpəsini növbəyə durduqdan sonra hava limanının qeydiyyat kassasına qoydular.
Tribuna.az TRTHaber-ə istinadən xəbər verir ki, övladlarına yeni bilet almamaqda israr edən cütlük körpəni Ben-Qurion hava limanının qeydiyyat hissəsində qoyaraq pasport növbəsinə daxil olublar.
Hadisənin fərqinə varan İsrail polisi cütlüyü nəzarətə götürüb.
“Jerusalem Post” qəzetinə danışan bir aviaşirkət rəsmisi “Bizimlə ilk dəfədir ki, belə bir hadisə baş verir. Bu hadisəyə inana bilmirəm”, – deyə o bildirib.
Nəzarət zolağında qalan körpənin vəziyyətinin yaxşı olduğu açıqlanıb.









