“Yüksək rütbəli İran rəsmisi “Əl-Cəzirə”yə deyib ki, ilkin istintaq hücumun İsrail tərəfindən törədildiyini göstərir və böyük ehtimalla, PUA-lar İran ərazisindən buraxılıb”.
Tribuna.az-ın məlumatına görə, bu barədə məlumat paylaşan siyasi şərhçi Asif Nərimanlı bildirib ki, molla rejimi yuxudadır, öz ərazisindən belə xəbəri yoxdur:
“Eyni məlumatı “Əl Ərəbiyyə” kanalı da yaymışdı. Belə nəticə çıxır ki, İsrail PUA-ları İran ərazisinə keçirib, zərbələri də onun ərazisindən endirib. Mollalar doğrudan da yatıblarmış. Bir azdan deyəcəklər ki, gecənin o saatında hücum edərlər”.









