İsrailin Dəməşqin mərkəzindəki binaya raket zərbələri endirməsi nəticəsində 5 nəfər ölüb.
Tribuna.az Reuters-ə istinadən xəbər verir ki, İsrailin raket zərbəsi Dəməşqin mərkəzində bir binaya düşüb, beş nəfərin ölüb və əhalinin sıx məskunlaşdığı bölgədə bir neçə bina zədələnib.
Zərbə Suriyanın müttəfiqi İranın ətrafında bazalar yerləşdirdiyi təhlükəsizlik kompleksinin yaxınlığında endirilib.
İsrail ordusunun sözçüsü şərh verməkdən imtina edib.
Suriya hərbi mənbəsinə istinadən dövlət mediası İsrailin gecə yarısından qısa müddət sonra Dəməşqin bir neçə bölgəsini hədəf alan hava hücumları həyata keçirdiyini və nəticədə 5 mülki vətəndaşın ölümü və 15 nəfərin yaralandığını bildirib.
Tribuna.az









