Türkiyənin məşhur iş adamlarından olan Hakan Sabancının adı bu dəfə də azərbaycanlı model Xumarla hallanır. İş adamı ilə modelin eyni gündə eyni məkanlardan etdikləri paylaşımlar onların sevgili olma ehtimalını gücləndirib.
Tribuna.az xəbər verir ki, bu münasibətdən sonra modelə olan maraq da artıb və onun instaqram izləyiciləri artıb. Məlum olub ki, modelliklə məşğul olan Xumar azərbaycanlı məşhur stilist Fuad Hacıyevon qızıdır.
Model İnstaqram səhifəsində bununla bağlı paylaşım da edib. Ona gül verən Fuad Hacıyevi işarələyərək “ata” (“papa”) yazıb.
Xatırıladaq ki, Xumar daha çox Avropa və Rusiyadan paylaşımlar edir. Sosial şəbəkədə çox izləyicisi olmasa da Xumar paylaşımları ilə diqqət çəkib.
Sabancı ilə bağlı xəbərlərdən sonra isə o, profilini bağlayıb.
Hazırda cütlük sosial şəbəkədə də bir-birini izləməyə başlayıb.
İş adamı yeni sevgilisi ilə Norveçdə birlikdə istirahət edir. Onlar Oslodan eyni məkanlardan görüntülər yayımlayıblar.
Qeyd edək ki, türk mediası isə Hakan Sabancının yeni sevgilisinin rus olduğunu yazmışdı.
Gülşən Rəsul
















