İRANIN SON ŞAHININ OĞLU İSRAİLƏ GEDİR

İRANIN SON ŞAHININ OĞLU İSRAİLƏ GEDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi sosial media hesabında İsrailə səfər edəcəyini açıqlayıb.

Tribuna.az CNN-ə istinadən xəbər verir ki, İsrail naziri Gila Qamlielin açıqlamalarına görə, Rza Pəhləvi Holokostu Anma Günü çərçivəsində keçiriləcək mərasimdə iştirak edəcək.

Səfəri barədə Tviter hesabında açıqlama verən Pəhləvi bunları deyib: “İran xalqının dostluq mesajını çatdırmaq, İsrailin su mütəxəssisləri ilə rejimin İranın təbii ehtiyatlarından sui-istifadə etməsini müzakirə etmək və Yom HaŞoahda Holokost qurbanlarına ehtiramımı bildirmək üçün İsrailə gedirəm. İsrail xalqından istəyirəm bilsinlər ki, İslam Respublikası İran xalqını təmsil etmir.
Xalqlarımız arasındakı qədim bağ hər iki xalqın xeyrinə yenidən alovlana bilər. Mən İsrailə daha parlaq gələcəyin qurulmasında öz rolumu oynamaq üçün gedirəm”.