İRANIN BAKIDAKI SƏFİRİ AZƏRBAYCANI SEVİR? -ŞƏRH

İRANIN BAKIDAKI SƏFİRİ AZƏRBAYCANI SEVİR? -ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan ölkədəki bütün səfirliklərlə eyni məsafədə, diplomatik etiketə uyğun davranışlar ortaya qoyur. Musəvinin güya daha çox Azərbaycançı olması ilə bağlı olan yanaşma doğru deyil. Musəvinin geri çağrılaraq İranın Suriyadakı səfirinin Ermənistana, Mərkəzi Asiya ölkəsində olan səfirinin isə Azərbaycana göndərilməsinin bir-birilə əlaqəsi var.

Tribuna.az xəbər verir ki, bu barədə analitik Yeganə Hacıyeva bildirib. O qeyd edib ki, Suriya ilə isti münasibətlərin formalaşmasında xidməti olan bir səfiri Ermənistana təyin etməklə İran lazımı mesajını verib:

“Demək istəyir ki, yeni səfir iki ölkəni daha da mehribanlaşdıracaq. Mərkəzi Asiyadakı səfiri bizə gətirməklə isə enerji layihələrindəki maraqları, səfirin həmin layihələrə bələd olması ilə bağlıdır.

Musəvi isə İran Azərbaycan münasibətləri tarixində iki ölkə arasında əlaqələri yaxınlaşdıran deyil, daha da uzaqlaşdıran səfir kimi yadda qaldı”.