İranda müharibə fonunda daxildə də problemlər baş qaldırmağa başlayıb.
Tribuna.az xəbər verir ki, artıq bəzi şəhərlərdə etirazların ilkin əlamətləri müşahidə olunur.
Belə ki, ötən gün İranın ddevrilmiş şahının oğlu Rza Pəhləvi iranlılara müraciət edərək, hər həftənin cümə günləri 8 yanvar qətliamı zamanı öldürülənlərin məzarlarını kütləvi şəkildə ziyarət etmələri üçün çağırış edib. Dünən artıq bununla bağlı ilk addımlar atılıb. Belə ki, Tehran başda olmaqla, bir çox şəhərlərdə insanlar qəbristanlıqlara axın ediblər. Yürüş şəkli alan bu ziyarət zamanı İrandakı rejim əleyhinə şüarlar səsləndirilib.
Gələn məlumatlara görə, Tehran prosesləri nəzarətinə almaq üçün bir çox şəhərlərə cəza qüvvələri yerləşdirməyə başlayıb. Artıq paytaxtda, Rey, İsfahan və digər şəhərlərin küçələrində cəza dəstələrinin peyda olduğu müşahidə edilir.
Bu əsnada, İran rejimi başqa bir problemlə də üzləşib. Belə ki, İsrail və ABŞ-ın aviazərbələri nəticəsində İran polis və Bəsic qüvvələrinin bütün qərargahları sıradan çıxarılıb. Artıq onların oturmağa yer tapa bilmədikləri də müşahidə olunur. Hətta fəaliyyət göstərmək üçün körpülərin altında və iri parklarda çadrlar quraraq, oradan işləməyə çalışırlar. Lakin İsrail aviasiyası onların yerini müəyyən edən kimi, hədəf alır. Bu da onların işini daha da ağırlaşdırır.
Fərda Uğur









