İRANA QARŞI DÜYMƏ BASILDI: HƏRBİ ƏMƏLİYYATLAR BAŞLANA BİLƏR…

İRANA QARŞI DÜYMƏ BASILDI: HƏRBİ ƏMƏLİYYATLAR BAŞLANA BİLƏR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Birliyi İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımağı nəzərdən keçirir. Əgər bu baş verərsə, Avropa bu məsələdə siyasətini ABŞ-la sinxronlaşdırmış olacaq.

Tribuna.az xəbər verir ki, bu fikirlərlə politoloq Şahin Cəfərli çıxış edib. O bildirib ki, ABŞ 2019-cu ilin aprelində “Sepah”ı terror təşkilatı elan etmiş və 2020-ci ilin yanvarında təşkilatın “Qüds” qolunun komandanı Qasım Süleymaniyə qarşı Bağdadda xüsusi əməliyyat keçirərək onu aradan götürmüşdü:

“AB-nin bu qərarından sonra İranla imzalanmış nüvə razılaşmasının bərpası ehtimalı daha da azalmış, bəlkə də tamamən gündəmdən çıxmış olacaq. Çünki AB-nin lider dövlətləri Almaniya və Fransa da anlaşmanın tərəfləri idi”.

Politoloq bildirib ki, bu cür qərarlar İrana qarşı mümkün hərbi əməliyyat üçün müəyyən legitimlik yaradır:

“Çünki terrorçu elan olunan “Sepahe Pasdaran” birbaşa ali rəhbərə bağlı olan, İran sisteminin təməl hərbi-siyasi strukturudur”.