İranın İrəvandakı səfiri ilə Ermənistanın müdafiə naziri bu gün görüşüb və ikitərəfli məsələlər ətrafında danışıqlar aparıblar.
Tribuna.az Mehrnews-a istinadən xəbər verir ki, Abbas Bədəxşan Zohuri və Suren Papikyan Ermənistan-İran əməkdaşlığının tərəqqisi və perspektivlərini müzakirə edib, regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar.
Görüşün sonunda Papikyan Ermənistanda işlədiyi müddətdə Ermənistan-İran əlaqələrinin möhkəmlənməsinə və əməkdaşlığın səmərəliliyinin artırılmasına görə İran səfirinə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Xatırladaq ki, Abbas Bədəxşan Zohuri martın əvvəlində İranın Ermənistandakı səfiri kimi fəaliyyətə başlayıb.









