İngiltərə kralı III Çarlz Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə yardım edən könüllüləri ziyarət edib.
Tribuna.az NTV-yə istinadən xəbər verir ki, Kral ailəsinin “Twitter” hesabında paylaşılan yazıda Kral Çarlzın Londonun Hounslov rayonundakı Qərbi London Türk Könüllüləri Dərnəyini ziyarət etdiyi bildirilib.
Kral Çarlzın Türkiyənin Londondakı səfiri Ümit Yalçın və könüllülərdən Kahramanmaraşda zəlzələdən zərər çəkənlər üçün görülən işlər barədə məlumat alıb.
Buradakı səfərdən sonra Kral Çarlzın Trafalqar meydanında Suriyada zəlzələdən zərər çəkənlərə yardımların toplandığı yardım çadırını ziyarət etdiyi bildirilib.
Tribuna.az














