“Hüzur” yaşayış kompleksinin podratçısı saxlanıldı – İsveçrəyə qaçmaq istəyirmiş

“Hüzur” yaşayış kompleksinin podratçısı saxlanıldı – İsveçrəyə qaçmaq istəyirmiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adıyaman vilayətinin Gölbaşı rayonunda yerləşən “Hüzur” yaşayış kompleksinin podratçısı Yıldıray Varki xaricə qaçmaq istəyərkən İstanbul Hava Limanında yaxalanıb.

Tribuna.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Varkinin podratçısı olduğu bina Kahramanmaraşda baş verən zəlzələlərdən sonra dağılıb və çox sayda vətəndaş binanın dağıntıları altında qalaraq həlak olub.

Adıyaman Respublika Prokurorluğunun Y. Varki barəsində “ehtiyatsızlıq nəticəsində birdən çox insanın ölümünə səbəb olmaq” maddəsi ilə cinayəti işi açdığı bildirilir.