Milli Müdafiə naziri Hulusi Akar Mehmetçik və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülərin qurduğu çadır şəhərciyini, “Mehmetçik məktəbi”ni ziyarət edib və uşaqlarla da yaxından maraqlanıb.
Tribuna.az HaberGlobal-a istinadən xəbər verir ki, Akar, mərkəzi Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında olan və 11 vilayəti təsir edən “əsrin fəlakəti”ndən dərhal sonra Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər ilə birlikdə Hatay şəhərinə gələrək mühafizə, patrul, axtarış-xilasetmə işlərini izləyib.
Ötən gün Hatayın Defne rayonunda baş verən 6,4 bal gücündə zəlzələdən sonra Akar şəhər mərkəzində araşdırmalar aparıb.
Türkiyə Silahlı Qüvvələri Humanitar Yardım Briqadası Təbii Fəlakətlər Axtarış-Xilasetmə (DAK) Batalyon komandirindən məlumat alan və son işlər haqqında təlimatlar verən Akar, Türk Silahlı Qüvvələrinə gündəlik 10 min nəfərlik yemək paylama gücünə malik mətbəx təmin edib. ASFAT A.Ş. tərəfindən təsis edilmiş, ona məxsus çörək sexinə də baxış keçirib.









