Hörmüzlə paralel Bab-əl-Məndəb böhranı

Hörmüzlə paralel Bab-əl-Məndəb böhranı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya Hörmüz boğazı böhranı ilə üzləşdiyi bir vaxtda daha bir problemin baş qaldırdığı müşahidə edilir. 

Tribuna.az xəbər verir ki, həmin problemi isə Yəməndəki Husi silahlı birləşməsi reallaşdırmaq fikrindədir.

Belə ki, Husilər İrana dəstək üçün Bab-əl- Məndəb boğazını bağlamağa hazırlaşırlar.  Bu boğaz Ərəbistan yarımadası (Yəmən) ilə Afrika ( Cibuti) arasında yerləşir və Qırmızı dəniz ilə Ərəbistan dənizini (Ədən körfəzi) birləşdirir.

Əsas logistika mərkəzi olan boğazın bağlanması dünya dəniz tranziti üçün ciddi zərbə olacaq. Bunu ekspertlər də təsdiqləyir ki, yüklərin dəniz üzərindən daşınması marşrutunun dəyişməsi onun xərclərini ən azı bir neçə dəfə bahalaşdıracaq. Üstəlik, Bab əl-Məndəb boğazının bağlanması yeni marşrutun Afrikanın cənubundan keçməsinə gətirib çıxaracaq ki, bu da məsafənin uzanması və məhsulun çatdırılması müddətinin artmasına səbəb olacaq.

Fərda Uğur