Hərbçilərimiz şəhid oldu – RƏSMİ

Hərbçilərimiz şəhid oldu – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Bu barədə Tribuna.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.

Hazırda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.