Dünyaca məşhur model Gigi Hadid və aktyor Bradley Cooper Parisdə birlikdə görüntülənib.
Tribuna.az xarici mediaya istinadən xəbər verir ki, cütlüyün şəhər küçələrində əl-ələ gəzməsi diqqətdən yayınmayıb. Onların səmimi görüntüləri sosial şəbəkələrdə qısa zamanda müzakirələrə səbəb olub.
Hadid və Cooper 2023-cü ildən münasibətdədirlər. Cütlük şəxsi həyatlarını əsasən mediadan uzaq tutmağa çalışsa da, son aylarda münasibətləri ilə bağlı daha çox görüntü ortaya çıxır.
İyul ayında Hadid Paris səfərindən paylaşdığı fotolar arasında Cooperlə birlikdə çəkilmiş nadir görüntüyə də yer vermişdi.
Son Paris görüntülərində isə onların barmaqlarındakı oxşar üzüklər diqqət çəkib. Bu detal bəzi pərəstişkarların cütlüyün gizlicə nişanlandığı və ya evləndiyi barədə fərziyyələr irəli sürməsinə səbəb olub. Lakin Gigi Hadid və Bradley Cooper bu iddiaları hələlik təsdiqləməyib.
Gülşən Rəsul











