Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyəyə səfər edəcək.
Tribuna.az xəbər verir ki, bu barədə Ermənistan mediası Baş nazirə istinadən məlumat yayıb.
“Bəli, COP-da iştirak etmək üçün Antalyaya getməyi planlaşdırıram”, – Ermənistan lideri qeyd edib.
Qeyd edək ki, COP31 9-20 noyabr tarixlərində Antalyada keçiriləcək./APA









