Azərbaycan şahmatçısı U-20-də bürünc medal qazanıb

Azərbaycan şahmatçısı U-20-də bürünc medal qazanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan şahmatçısı Read Səmədov Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində keçirilən rapid və blits üzrə gənclər arasında (U-20) dünya çempionatında bürünc medal qazanıb.

Tribuna.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.

Ölkəni yarışda Read Səmədov və Şiroğlan Talıbov təmsil edir.

Rapid üzrə mübarizədə 9 turda 7 xal toplayan R.Səmədov üçüncü yeri tutub. O, liderdən yarım xal geri qalıb. Ş.Talıbov isə 6,5 xalla 8-ci olub.

Ümumilikdə turnirdə 91 şahmatçı mübarizə aparır.

Bu gün və sabah blits üzrə yarışlar keçiriləcək.