Gənclər və İdman Nazirliyinin tabeliyində olan “Azəridmanservis” MMC Qusar Olimpiya İdman Kompleksi ərazisində yerləşən iki mərtəbəli (1 mərtəbə + mansard) kottecləri təmir etdirir.
Tribuna.az xəbər verir ki, Pravda.az-ın məlumatına görə, təmir işlərinə 1 133 633 AZN sərf olunması planlaşdırılır.
Nazirlik bundan başqa, 3 ədəd mikroavtobus, 3 ədəd də SUV tipli minik avtomobil alır. Nəqliyyat vasitələrinin alınmasına 385 860 AZN xərclənməsi nəzərdə tutulur.
İş icraçıları hələlik müəyyənləşməyib.









