Bakının məşhur “Funda” hospitalının pediatrı Kənan Qarayev qəbuluna gələn jurnalistin ailəsini xəstəxanadan qovub.
Tribuna.az xəbər verir ki, bu barədə jurnalis Cavid Şahverdiyev məlumat paylaşıb. O qeyd edib ki, həkim qəbuluna yazılan bütün pasiyentlərlə kobud rəftar edir:
“ARB-də Elgiz Əkbərin məlum verilişində mütəxəssis kimi dəvət olunan pediatr Kənan Qarayev heç də efirdə göründüyü kimi deyil. İki dəfədir qəbulunda olduq. Həkim qəbula gələnləri gözlətməkdən həzz alır. Saat 10.00-da qəbula yazılan şəxsi saat 3-də qəbul edir. Haqqını tələb edənə isə kobud cavab verir. Bizi də saat 14.30-da qəbula yazdılar, getdik saat 16.30-a kimi qapı arxasında qaldıq. Əvvəlki gün kimi. Hamı narazılıq edirdi. Kənan Qarayev ancaq tanışlarını qəbul edirdi…
Bizi qəbula yazan xanımla telefonla əlaqə saxlayırlq ki, bəs bu saata bizi qəbula yazmısız.. “Gözləyin çağıracağıq da, mən xəstələri qəbul edirəm.”…
Haqqımızın pozulduğuna, həkimin ora gələnlərə münasibətinə etiraz etdikdə, Kənan Qarayevdən “gözləmə, çıx get, sizdən xahiş etməmişdik ki, gələsiz” cavabını aldıq. Axı vəsait ödəmişəm. “Get vəsaitini reseptiondan geri al””.
Jurnalist bildirib ki, həkimin qəbul saatından belə xəbəri yoxdur:
“Məndən soruşur ki, kim sizi bu saata yazıb)) Bu da həkim mədəniyyəti, etikası, qəbuluna gələnə münasibəti. Ödədiyimiz pulu geri aldıq”.
Tribuna.az









