Fransada 3 milyona yaxın insan pensiya islahatına etiraz etdi

Fransada 3 milyona yaxın insan pensiya islahatına etiraz etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada pensiya islahatına qarşı kütləvi etiraz aksiyaları keçirilir.

Tribuna.az xəbər verir ki, yanvarın 31-i ölkə üzrə aksiyalarda təqribən 2,8 milyon insan iştirak edib.Polisin məlumatına görə, paytaxt Parisdə təşkil olunan aksiyalara 87 minə yaxın insan qoşulub.Ölkədə təqaüd yaşının 62-dən 64-ə qaldırılmasına qarşı etirazların davam edəcəyi bildirilir. Belə ki, fevralın 7 və 11-nə yeni aksiyalar planlaşdırılır. Yanvarın 19-u keçirilən aksiyada isə 2 milyon insan iştirak edib.

Qeyd edək ki, Fransanın Baş naziri Elizabet Born yanvarın 10-u Fransanın pensiya islahatlarının əsas istiqamətlərini təqdim edib. Fransa hökuməti isə sözügedən islahatı 2023-cü il sentyabrın 1-dən tətbiq etməyi planlaşdırır. Hökumətin planına əsasən, ölkədə pensiya yaşı ildə 3 ay olmaqla 62-dən 64-ə qədər artırılacaq və bu proses 2030-cu ilə qədər davam edəcək.