“Forbes” Rusiya milyarderlərinin reytinqini açıqladı – Vahid Ələkbərov üçüncüdür

“Forbes” Rusiya milyarderlərinin reytinqini açıqladı – Vahid Ələkbərov üçüncüdür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Severstal” şirkətinin əsas səhmdarı Aleksey Mordaşov Rusiya milyarderləri reytinqində birinci yeri tutub.
Tribuna.az xəbər verir ki, bu barədə məlumat “Forbes” jurnalının saytında dərc edilib.
Jurnalın məlumatına görə, Mordaşov 2026-cı il üçün Rusiyanın 155 milyarderi arasında böyük fərqlə birinci olub. Onun sərvəti 37 milyard dollar qiymətləndirilir.
İkinci yerdə “Interros” şirkətinin baş direktoru və “Norilsk Nikel” şirkətinin prezidenti Vladimir Potanin qərarlaşıb. Onun sərvəti 29,7 milyard dollar qiymətləndirilir.
Üçüncü yerdə “Lukoil” neft şirkətinin təsisçisi Vahid Ələkbərov qərarlaşıb. Onun sərvəti 29,5 milyard dollara yüksəlib.
Rusiya milyarderlərinin ilk beşliyinə həmçinin “Novatek” şirkətinin baş direktoru Leonid Mixelson və ailəsi (28,3 milyard dollar), Süleyman Kərimov və ailəsi (25,7 milyard dollar) daxil olub.
“Forbes” jurnalının məlumatına görə, rusiyalı milyarderlərin ümumi sərvəti rekord həddə – 696,5 milyard dollara çatıb.