FHN iki evin tikintisinə 204 min pul ayırıb

FHN iki evin tikintisinə 204 min pul ayırıb 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti növbəti tenderinin nəticəsini açıqlayıb.

Tribuna.az xəbər verir ki, bu barədə rəsmi qaynaqlarda məlumat yayılıb.

Məlumatda qeyd edilir ki, tenderə əsasən qurum Göygöl rayonunda və Daşkəsən şəhərində 2 ədəd fərdi yaşayış evinin tikintisini həyata keçirəcək.

Bildirilir ki, tenderin qalibi “AYPARA-İNŞAAT” MMC olub. İki evin inşası üçün isə şirkətə nazirlik 204 min 730 manat pul ödəyəcək.

Fərda Uğur