Yevlaxda 53 yaşlı kişinin meyiti kanaldan tapılıb.
Tribuna.az xəbər verir ki, hadisə Aran qəsəbəsi ərazisində qeydə alınıb.
1973-cü il təvəllüdlü Qasımov İxtiyar Vəli oğlunun meyiti qəsəbə ərazisindən keçən su kanalında aşkarlanıb.
İlkin məlumata görə, İ.Qasımov içkili vəziyyətdə olarkən kanala yıxılıb.
Faktla bağlı araşdırma aparılır.









