Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən şəxs saxlanılıb.
Tribuna.az Operativ Media-ya istinadən xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.
Şübhəli şəxs Qaradağ rayonu ərazisində saxlanılıb.
Qeyd edək ki, martın 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında qeydə alınıb. Belə ki, Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.









