Türkiyənin Ərzurum şəhərində yüzlərlə qəbir yeri qazılıb.
Tribuna.az xəbər verir ki, qışda hava temperaturunun mənfi 30 dərəcəyədək düşdüyü şəhərdə torpağın donması qəbir qazılmasını xeyli çətinləşdirir.
Bu səbəbdən bələdiyyə əməkdaşları dəfn mərasimlərində hər hansı gecikmənin yaşanmaması üçün əvvəlcədən tədbirlər görür.
Belə ki, qış mövsümü üçün təxminən 500 qəbir yeri hazırlanır.
Məlumata görə, əvvəlki illərdə bu işlər əsasən dekabr aylarında həyata keçirilib.
Ərzurumda sərt qış aylarında dəfn prosesinin çətinləşməməsi üçün qəbir yerlərinin əvvəlcədən hazırlanması ənənəvi tədbirlərdən birinə çevrilib.
Gülşən Rəsul










